...

"Jeep" sahiblərinin növbəti macəraları - bu dəfə Şahdağda (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2015 14:00 (UTC +04:00)
"Jeep" brendinin azərbaycanlı müştəriləri üçün keçirdiyi ikinci yürüş başa çatıb.
"Jeep" sahiblərinin növbəti macəraları - bu dəfə Şahdağda (FOTO)

"Jeep" brendinin azərbaycanlı müştəriləri üçün keçirdiyi ikinci yürüş başa çatıb. "Jeep yolsuzluq turu" adlandırılan budəfəki tur yalnız "Jeep Wrangler" sahibləri üçün nəzərdə tutulmuşdu. "Jeep" sahibləri və onların qonaqlarından, eləcə də media nümayəndələrindən ibarət 50 nəfərin iştirak etdiyi turun məqsədi Jeep-in yolsuzluq məharətlərinin Azərbaycanın müxtəlif iqlim və coğrafi şəraitlərinə uyğunluğunu nümayiş etdirmək, "Jeep" həvəskarlarını brend ilə daha yaxından tanış etmək idi.

Turda iştirak edən bütün avtomobil sahibləri "Buta Sığorta" tərəfindən sığortalanmış və "Şahdağ" Turizm Kompleksində dincəlmək imkanı qazanmışdılar. Əvvəlcə iştirakçılar Jeep-in Azərbaycandakı təmsilçisi "Auto Azərbaycan" şirkətinin texniki heyətindən Jeep 4wd sistemləri barədə təlimat alıblar. Daha sonra şam süfrəsi ətrafında bir-biri ilə tanışlıq imkanı qazanan "Jeep Wrangler" sahibləri brend barədə biliklərini də nümayiş etdirərək müxtəlif hədiyyələr, o cümlədən "Şahdağ" Turizm Kompleksinə 1 gecəlik 2 nəfərlik qonaqlıq paketi qazanıblar.

Turun növbəti günü "Jeep Wrangler" sahibləri Şahdağın qarlı dağ yollarında, yolsuz meşəlik və talalarında avtomobillərinin yolsuzluq məharətlərini göstərib, bir-biri ilə təcrübələrini paylaşıblar.

Jeep-in təmsil edildiyi "Chrysler" Mərkəzinin direktoru Vüqar Bayramov deyib: "Belə tədbirlər zamanı biz Jeep-in bir avtomobil brendi olmaqla yanaşı, həyat və düşüncə tərzi olduğunu müşahidə edirik. Məqsədimiz də belə maraqlı bənzər həyat tərzi seçən insanları brendimiz ətrafında daha sıx birləşdirməkdir".

"Auto Azərbaycan" şirkətinin marketinq departamentinin müdir müavini Əli Bədəlov tədbirdə fəal iştiraklarına görə həm "Jeep sahiblərinə, həm də "Buta Sığorta" şirkəti və "Şahdağ" Turizm Kompleksinə təşəkkürlərini bildirib.

Qeyd edək ki, klassik "Jeep" üslubunu və ruhunu özündə əks etdirən Wrangler-in şüarı "Hara istəyirsən get. Nə istəyirsən et" səslənir. Avtomobil Sport, Sahara və Rubicon versiyaları ilə Azərbaycanda təqdim olunur.

Daha əvvəlki Jeep-tur ötən ilin yayında Qəbələdə keçirilmişdi. Tur zamanı iştirakçılar yeni Jeep Grand Cherokee-ni də sınaqdan keçirmək imkanı qazanmışdılar.

Hyundai, Jeep, Dodge, Chrysler, Peugeot avtomobil brendlərinin və Hankook təkərlərinin Azərbaycanda rəsmi təmsilçisi olan "Auto Azərbaycan" şirkəti 20 ilə yaxın bir müddətdə təqdim etdiyi avtomobillər, servis və orijinal ehtiyat hissələri ilə avtomobil bazarının liderlərindən birinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti