...

Qadını xüsusi amansızlıqla öldürən kişiyə 16 il cəza verildi

Cəmiyyət Materials 10 Fevral 2015 17:46 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Eyvaz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadını xüsusi amansızlıqla öldürən kişiyə 16 il cəza verildi

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Eyvaz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.İbrahimov 16 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2014-cü il iyulun 31-də Xətai rayonunun Gəncə prospektində yaşayan 1967-ci il təvəllüdlü Gülnarə Zamanovanın (Məmmədova) zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü E.İbrahimov tutulub.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, E.İbrahimov ev alqı-satqısı ilə məşğul olduğu zaman G.Zamanova ilə tanış olub. Onun evinin satılmasına kömək edib və bir neçə ay sonra ondan borc pul alıb. Lakin G.Zamanova bir müddət keçdikdən sonra pulu yüksək faizli sələmlə geri tələb edib. Aralarındakı münaqişə də elə buradan başlayıb.

Hadisə baş verən gün G.Zamanova yenidən E.İbrahimova zəng vuraraq pulu tələb edib və evə çağırıb. Evdə E.İbrahimovla qadın arasında mübahisə yaranıb. Bu zaman Eyvaz daimi üstündə gəzdirdiyi bıçaqla G.Zamanovanı çoxsaylı zərbələrlə öldürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti