...

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında daha bir unikal əməliyyat (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2015 17:24 (UTC +04:00)
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında daha bir unikal cərrahi əməliyyat həyata keçirilib.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında daha bir unikal əməliyyat (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında daha bir unikal cərrahi əməliyyat həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daha əvvəl aorta-koronar şuntlama əməliyyatı olunan 71 yaşlı Feyzulla Rzayevə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib.

Mərkəzin rəisi doktor Anar Əmrahın rəhbərliyi ilə heyət tərəfindən "Qarın aortasının yırtılmış nəhəng anevrizması" qarın boşluğu açılmadan və anesteziya olunmadan qapalı üsulla xəstənin aortasına və hər iki qalça arteriyasına stend yerləşdirilərək yırtılmış damar bərpa olunub.

Müalicəsi uğurla başa çatdırılan F.Rzayev kafi vəziyyətdə evinə yazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti