...

Ağdamda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlər davam edir (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2015 17:50 (UTC +04:00)
Ağdam rayonunda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlər davam edir
Ağdamda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlər davam edir (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Bu gün Azərbaycan Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda keçirilən hərbi vətənpərvərlik tədbirinin ikinci günü Ağdam rayon Mədəniyyət Evində davam edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi yad edilməklə açıq elan olunub.

Sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, hərbi birliyin zabiti Həbib Məmmədov, rayon təhsil şöbəsinin müdir müavini Rahil Allahverdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, zabit Elvin Xəlilov, Qarabağ müharibəsi veteranı, "Azərbaycan Bayrağı" ordenli jurnalist Baxşeyiş Abbasoğlu, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri çıxış ediblər.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçular və təhsildə uğurlar əldə edən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Hərbi vətənpərvərlik tədbiri konsert proqramı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti