...

Bakıda polisin poqonunu sökdülər

Cəmiyyət Materials 17 Fevral 2015 16:45 (UTC +04:00)
Bakıda polis əməkdaşının döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bakıda polisin poqonunu sökdülər

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda polis əməkdaşının döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, fevralın 15-də saat 19:30 radələrində Bakı Metropoliteninin Polis şöbəsinin polis nəfəri Tahir Mikayılov xidməti vəzifələrinin icrası bitdikdən sonra Bakı Metropoliteninin "Qara Qarayev" stansiyası yaxınlığında olarkən Masallı rayon sakinləri Elmin Hacıyev və Kərim Kərimovun ictimai qaydanı kobud şəkildə pozaraq ona qarşı zor tətbiq etməklə bədən xəsarətləri yetirməsində, həmçinin üzərində olan xidməti geyim formasının poqonunu sökərək zədələmələrində əsaslı şübhələr olduğundan faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti