...

BDU-nun tələbələri Türkiyə media qurumlarında təcrübə keçiblər (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2015 12:34 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin 10 tələbəsi Türkiyədən qayıdıblar.
BDU-nun tələbələri Türkiyə media qurumlarında təcrübə keçiblər (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin 10 tələbəsi Türkiyədən qayıdıblar.

Universitetdən Trend-ə verilən məlumata görə, 1 həftəlik səfər müddətində tələbələr TİKA, TRT, TRT Ankara radiosu, TRT muzeyi, Anadolu Agentliyi, "Haber 7", "Yeni Şafak", "Sabah" qəzeti, Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsinin rəhbərləri ilə görüşüb, təlim-təcrübə proqramında iştirak ediblər.

Qeyd edək ki, layihə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram Koordinasiya ofisinin (TİKA) və Bakı Dövlət Universitetinin birgə layihəsi əsasında baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti