...

Qaradağ rayonunda yaşayan Xocalı sakinləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2015 11:29 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətində Qaradağ rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirildi.
Qaradağ rayonunda yaşayan Xocalı sakinləri ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Qaradağ Rayon İcra Hakimiyyətində Qaradağ rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirildi.

Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayov Xocalı soyqırımı Azərbaycanın və ümumiyyətlə bəşər tarixinin ən dəhşətli səhifələrindən biri kimi vurğuladı. Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisi olduğunu bildərərək bu faciənin dünya miqyasında tanıdılması istiqamətində dövlətimiz tərəfindən aparılan məqsədyönlü işlər barədə danışdı. Bu gün hər bir vətəndaş kimi Xocalılara da xüsusi diqqət və qayğının mövducluğunu söyləyərək onların acılarına hər kəsin şərik olduğunu bildirdi.

Tədbir çərçivəsində onları narahat edilən problemlər ilə maraqlanıldı. Öz növbəsində Xocalı sakinləri onlara göstərilən hərtərəfli diqqət və qayğı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan Xocalı ailələrinə rayon İcra hakimiyyəti tərəfindən ərzaq və maddi yardım verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti