...

Azərbaycanda 12 metrə qədər qar uçqunu yoldan təmizləndi

Cəmiyyət Materials 25 Fevral 2015 18:11 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin texnikaları və işçi qüvvəsi tərəfindən 12 metrə qədər qar uçqunu tam təmizlənərək avtomobillərin hərəkəti bərpa edilib.
Azərbaycanda 12 metrə qədər qar uçqunu yoldan təmizləndi

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin texnikaları və işçi qüvvəsi tərəfindən 12 metrə qədər qar uçqunu tam təmizlənərək avtomobillərin hərəkəti bərpa edilib.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, fevralın 22-də yağan güclü qar nəticəsində Quba-Xınalıq avtomobil yolunun 23-35 kilometrliyində 70 sm, 38-46 kilometr hissəsində 50 sm, 47-57 kilometr hissəsində isə 20 sm qar örtüyü yaranmışdı.

Həmin avtomobil yolu dağların arasından keçdiyi üçün çovğunla müşahidə olunan qar nəticəsində yolun 35-38 kilometr hissəsində hündürlüyü 12 metrə qədər qar uçqunları yaranmış, yol tam bağlanmışdı.

P.Mürsəliyev bildirib ki, ASC-nin aidiyyəti yol istismar idarəsinin texnikaları və işçi qüvvəsi həmin əraziyə səfərbər olunub, 3 gün müddətində təmizlik işləri həyata keçirildikdən sonra bu gün günorta saatlarında yolun qardan təmizlənməsi tam başa çatdırılaraq hərəkət tam bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti