...

Süni qıtlıq yaratma əlamətləri üzrə daha bir şirkət barədə iş qaldırıldı

Cəmiyyət Materials 26 Fevral 2015 17:18 (UTC +04:00)
Nəzarət tədbirləri davam etdirilir.
Süni qıtlıq yaratma əlamətləri üzrə daha bir şirkət barədə iş qaldırıldı

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Azad Həsənov/

Süni qıtlıq yaratma əlamətləri üzrə daha bir şirkət barədə iş qaldırılıb.

Manatın məzənnəsinin dəyişdirilməsi ilə istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında "Tulçinka" yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan "Komrad" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nəzarət tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti