...

İş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları azalıb

Cəmiyyət Materials 11 Mart 2015 11:52 (UTC +04:00)
Azərbaycanda işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsinin müsbət nəticələrindən biri kimi, iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları kəskin şəkildə azalıb.
İş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları azalıb

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycanda işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsinin müsbət nəticələrindən biri kimi, iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları kəskin şəkildə azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, belə ki, fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı aşkar olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği ötən ilin fevral ayı ilə müqayisədə 2,8 dəfə azalaraq 16400 manat təşkil edib.

Bu vəsaitin 15421 manatı əmək haqlarından, 451 manatı zərərə görə ödənclərdən, 528 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Xidmət tərəfindən görülən konkret tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Qeyd olunan dövrdə əmək müqavilələrinə qeyri-qanuni xitam verilmiş 2 nəfər öz əvvəlki işlərinə bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti