...

TQDK-dan məktəblərə xəbərdarlıq

Cəmiyyət Materials 14 Mart 2015 12:14 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məktəblərə növbəti xəbərdarlığını edib.
TQDK-dan məktəblərə xəbərdarlıq

Azərbaycan, Bakı, 15 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məktəblərə növbəti xəbərdarlığını edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəbləri buraxılış sinif şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi prosesi martın 31-də sonunda başa çatır. "Şagird-məzun" sisteminə məlumatların daxil edilmə faizi 100-dən aşağı olan rayonların şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiriciləri daxil edilməmiş məlumatları sistemə əlavə edərək, təsdiqlənməsini təmin etməldiirlər.

Sistemə demək olar ki, yalnız Naxçıvan Muxtar Respublikasının bir necə rayonları üzrə məlumatların daxil edilmə faizi 100-ü təşkil edır. Ölkənin qalan rayon və şəhərlərində isə bu göstərici 100 faizdən aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti