Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İlkin İzzət/
Bayram günlərində təmirə bağlanmış Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışı açılıb.
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, Babək prospektindən Heydər Əliyev prospektinə çıxış da artıq açıqdır: "Hər iki yol bu gün saat 17:00-dan etibarən açılıb, nəqliyyat vasitələri bu yollarda sərbəst hərəkət edə bilərlər".
Qeyd edək ki, təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçirilib.