...

Tələbələr üçün Böyük Britaniya imkanı (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2015 16:57 (UTC +04:00)
Artıq dördüncü ildir ki, "British Council" və "Paşa Bank" ənənəvi "Gələcəyə Təşəbbüs" yazı müsabiqəsini elan edir.
Tələbələr üçün Böyük Britaniya imkanı (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Artıq dördüncü ildir ki, "British Council" və "Paşa Bank" ənənəvi "Gələcəyə Təşəbbüs" yazı müsabiqəsini elan edir. Bununla bağlı olaraq bu gün Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq layihələr şöbəsində "British Council"un əməkdaşı Nigar Nəsrullayeva tələbələr üçün təqdimat edib. Bu barədə Trend-ə universitetin Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında həyata keçirilən bu müsabiqənin əsas məqsədi tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatlarını müzakirə etmək üçün imkan yaratmaq, həmçinin gəncləri Azərbaycanın gələcək inkişafında daha aktiv rol oynamağa sövq etməkdir.

Layihənin əsas fəaliyyəti Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsi, inşa yazma qabiliyyəti, istinad və plagiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin keçirilməsi və təlim keçmiş namizədlər tərəfindən inşaların yazılmasından ibarətdir.

İştirakçılar Azərbaycan vətəndaşı olmalı və təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-22 yaş arası tələbələri olmalıdır. Müsabiqənin üç qalibi 2015-ci ilin iyul-avqust ayları ərzində Böyük Britaniyanın aparıcı universitetlərindən birində yay məktəbində iştirak edəcək.

Müsabiqənin finalçılarına "Paşa Bank" tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim ediləcək, həmçinin layihədə uğurlu iştirakına görə "Paşa Bank" və "British Council" tərəfindən sertifikatlar təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti