...

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının növbəti ildönümü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2015 17:16 (UTC +04:00)
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasından 23 il ötür.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının növbəti ildönümü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasından 23 il ötür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranması günü münasibətilə tibb müəssisəsində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan ətraflı danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayıb: "Bu gün fəxrlə demək lazımdır ki, ulu öndər Heydər Əliyevin vaxtilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi "Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır", sözləri artıq reallığa çevrilib".

O bildirib ki, hərbi qulluqçuların istifadəsinə verilən hərbi tibb müəssisəsi o dövr üçün postsovet məkanında analoqu olmayan idi. Əlamətdar haldır ki, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev altımərtəbəli müasir cərrahiyyə korpusunun açılışda iştirak edib. Ümumi sahəsi 30 min kvadratmetr olan 560 çarpayılıq, müasir avadanlıq ilə təchiz olunan 27 müalicə-diaqnostika bölməsindən ibarət ikinci müalicə koprusu da 2013-cü il iyunun 25-də Ali Baş Komandan cənab İlham Əliyevin xeyir-duası ilə hərbi qulluqçuların istifadəsinə verilib.

Həmçinin qeyd olunub ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov daim Silahlı Qüvvələrin Baş Klinik Hospitalının inkişafına qayğı göstərir.

Sonra hospitalın təcrübəli tibb xidməti zabitləri Vaqif İbrahimov, Eldar Əliyev, Asif Qurbanov, Firudin Qarabəyov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə hospitalın şəxsi heyətini təbrik ediblər.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsi və Baş Klinik Hospitalın rəislərinin əmrləri ilə bir qrup zabitə təşəkkür elan edilib, fəxri fərmanlar təqdim olunub. Bir neçə tibb bacısına isə "çavuş" hərbi rütbəsi verilib.

Sonda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranma tarixindən və inkişaf yolundan bəhs edən film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti