...

Türkdilli ölkələrin turizm sahəsi üzrə yeni qurumu yaradılır

Cəmiyyət Materials 16 Aprel 2015 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Türkdilli ölkələrin turizm sahəsi üzrə yeni qurumu yaradılır.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, İpək Yolu üzrə Biznes Assosiasiyası adlanan yeni qurum aprelin 21-22-də Türkiyənin İstanbul şəhərində "İpək Yolu" ilə əlaqədar keçiriləcək beynəlxalq tədbirdə təsis olunacaq.

Assosiasiyaya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxil olacaq. Gələcəkdə quruma Özbəkistan və Tacikistanın da qoşulması mümkündür.

M.Ağakərimovun sözlərinə görə, İpək Yolu üzrə Biznes Assosiasiyası türk dilli ölkələr arasında turizm sahəsindəki problemləri, viza məsələlərini müzakirə edəcək və onların həlli ilə bağlı dövlət qurumları arasında məsələ qaldıracaq, turizm şirkətlərinin səmərəli fəaliyyəti üçün əhəmiyyətli təkliflər irəli sürəcək, turizm qurumları arasında sıx əməkdaşlığı təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti