...

Ziya Bünyadov və Azadlıq prospektlərini birləşdirən yola asfalt döşənir

Cəmiyyət Materials 22 Aprel 2015 14:20 (UTC +04:00)
"Azəryolservis" ASC Bakının Ziya Bünyadov və Azadlıq prosepektlərini birləşdirən 4 kilometr uzunluğundakı avtomobil yolu sahəsində asfalt-beton örtüyünün döşənməsi üzrə işləri sürətləndirib.
Ziya Bünyadov və Azadlıq prospektlərini birləşdirən yola asfalt döşənir

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Bakının Ziya Bünyadov və Azadlıq prospektlərini birləşdirən 4 kilometr uzunluğundakı avtomobil yolu sahəsində asfalt-beton örtüyünün döşənməsi üzrə işlər sürətləndirilib. Bu barədə Trend-ə ASC-dən deyiblər.

Yolun 2,5 kilometr uzunluğundakı sahəsi Bakının Binəqədi, 1,5 kilometri isə Nərimanov rayonu ərazisindən keçir.

Hazırda avtomobil yolunun 1,5 kiloemtr sahəsində köhnə asfalt-beton örtüyünün sökülməsi üzrə işlər başa çatıb.

ASC-dən bildirilib ki, işlər günün gecə saatlarında (avtomobillərin hərəkətinin az olması nəzərə alınmaqla) sürətli templə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti