...

TQDK son sınaq ımtahanının nəticələrini açıqladı

Cəmiyyət Materials 22 Aprel 2015 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 19-da keçirdiyi sınaq ımtahanlarının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan nəticələri və cavab kartlarının qrafik təsvirləri saytda yerləşdirilib.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

TQDK bundan əvvəlki sınaq ımtahanlarını aprelin 5, 12-də keçirib. Növbəti sınaq imtahanı mayın 3-də keçiriləcək.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48049 abituriyentdən 2966 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45080 abituriyentin imtahan nəticələri yerləşdirilib.

Bir nəfər abituriyent I ixtisas qrupundan 700 bal toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti