...

"Super Sun" yağları kulinarlarımıza bu dəfə Monteneqroda uğur qazandırdı

Cəmiyyət Materials 29 Aprel 2015 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Ölkəmizi Monteneqronun Budva şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında təmsil etmiş Milli Kulinariya Komandamızın əldə etdiyi nəticə ilə bağlı mətbuat konfransı keçirib.

Milli Komandamız hər zaman olduğu kimi bu çempionatda da uğurlu nəticə göstərib. Ümumilikdə komandamız 2 kateqoriyada 6 sinifdə 6 medal qazanıb.

Qeyd edək ki, kulinarlarımızın müsabiqədə təqdim etdiyi bütün xörəklər "Azərsun Holdinq" tərəfindən istehsal olunan "Super Sun" yağları ilə hazırlanıb. Milli Kulinariya Komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan "Super Sun" yağı ilə hazırlanmış yeməklər gözəl tamı ilə növbəti dəfə hər kəsin rəğbətini qazanıb. Tərkibində xolestirinin olmadığı üçün "Super Sun" yağı qan təzyiqini artmasına və insanların sağlamlığı üçün digər nöqsanlara səbəb olmur. Orqanizm tərəfindən yaxşı mənimsənildiyindən onu istənilən yeməkdə rahat istifadə etmək olar.

"Azərsun Holdinq"ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhvə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti