...

Bərdə və Yevlaxda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib

Cəmiyyət Materials 1 May 2015 17:07 (UTC +04:00)
Bərdə və Yevlaxda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Bərdə və Yevlaxda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Bərdə və Yevlaxda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Növbəti belə tədbirlər Bərdə və Yevlax RPŞ-lərin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün Bərdə rayonunda 380, Yevlax rayonunda isə 300, ümumilikdə, 680 nəfərin müvafiq sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti