...

Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)

Cəmiyyət Materials 9 May 2015 12:55 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub və İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib  (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub və İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.

Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə abidə önünə toplaşmış müharibə veteranları adından müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova "Veteranların qayğıkeşi" diplomu və "Veteran həmrəyliyi" medalı təqdim olunub.

Anım mərasimlərində Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidə və Qardaşlıq məzarı da ziyarət olunub.

Bayram tədbirləri Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti