...

Praqada ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib (FOTO)

Cəmiyyət Materials 12 May 2015 21:15 (UTC +04:00)
Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında 1-ci beynəlxalq şahmat turniri təşkil olunub.
Praqada ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend/

Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında 1-ci beynəlxalq şahmat turniri təşkil olunub.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, turnir Çexiya-Azərbaycan İctimai Birliyinin təşkilatçılığı (Česko-Ázerbájdžánský Spolek - ČAS) və səfirliyin dəstəyi ilə keçirilib. Turnirdə çex və azərbaycanlı həvəskar şahmatçılar iştirak ediblər.

Turnir qaliblərinin mükafatlandırılması mərasimi Azərbaycanın Çexiyadakı səfirliyində təşkil edilib və səfir Fərid Şəfiyev tərəfindən qaliblərə müvafiq hədiyyə və sertifikatlar təltif edilib.

Turnir qalibləri qarşısında çıxış edən səfir F.Şəfiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi haqqında söz açıb, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini xatırlayıb. Eyni zamanda, səfir Azərbaycanın şahmat ənənələri, ölkəmizin şahmat idman növündə əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Azərbaycan səfiri şahmat turnirinə qatılmış hər bir iştirakçıya təşəkkürünü bildirib və sözügedən şahmat turnirinin növbəti illər ərzində ənənəvi şəkildə keçiriləcəyinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti