...

Qərb regionunda ən böyük əyləncə kompleksi tezliklə istifadəyə veriləcək (FOTO)

Cəmiyyət Materials 12 May 2015 21:44 (UTC +04:00)
Gəncədə ümummilli lider Heydər Əliyevin adını daşıyan park-kompleksdə bir neçə gündən sonra daha bir yeniliyə imza atılacaq.
Qərb regionunda ən böyük əyləncə kompleksi tezliklə istifadəyə veriləcək (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend/

Gəncədə ümummilli lider Heydər Əliyevin adını daşıyan park-kompleksdə bir neçə gündən sonra daha bir yeniliyə imza atılacaq.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Qərb regionunda açıq havada inşa edilən ən böyük əyləncə kompleksi istifadəyə veriləcək. İlin bütün fəsillərində istirahət edərək əylənməyin mümkün olacağı mərkəz balacalar kimi böyüklər üçün də nəzərdə tutulub.

"GəncLand" istirahət və əyləncə mərkəzi 10 ha ərazidə salınıb. Burada 20 ədəd müxtəlif attraksion quraşdırılıb. Regionda ilk dəfə olaraq hündürlüyü 50 metr olan dairəvi karusel, eləcə də Amerikan atraksion da Gəncədə əylənmək istəyənlər və adrenalin həvəskarlarının istifadəsinə veriləcək. "GəncLand"də, həmçinin uşaqların marağına səbəb olacaq 60 ədəd heyvanat aləminə aid fiqur, 15 maşını olan avtodrom, oyun meydançası və qurğuları, nağıl personajlarından ibarət şəhərcik də inşa edilib. 2 il ərzində Heydər Əliyev park-kompleksində yaradılan bu imkanlardan elə uşaqlarını əyləndirməyə gətirən valideynlər də yararlana biləcək.

Əyləncə məkanında 10 at olmaqla bir ippodrom, 50 metr uzunu olan 2 futbol meydançası da var. İstirahət və əyləncə mərkəzi mayın 15-də istifadəyə veriləcək.

"GəncLand" istirahət və əyləncə mərkəzində uşaqlar üçün amfiteatr da inşa olunub. Amfiteatr 10 nəfərlikdir. Parkın açılışından sonra həftənin müxtəlif günlərində burada uşaqlar üçün tamaşalar da nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti