...

Heydər Əliyev Mərkəzində “açıq qapı” elan olunub

Cəmiyyət Materials 17 May 2015 21:06 (UTC +04:00)
Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzindəki sərgilər və Heydər Əliyev Muzeyində mayın 18-də saat 14.30-dan etibarən “açıq qapı” elan olunub.
Heydər Əliyev Mərkəzində “açıq qapı” elan olunub

Azərbaycan, Bakı, 17 may /Trend/

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzindəki sərgilər və Heydər Əliyev Muzeyində mayın 18-də saat 14.30-dan etibarən "açıq qapı" elan olunub.

Ziyarətçilər saat 14.30-dan 19.00-dək Mərkəzdəki Heydər Əliyev Muzeyi və hazırkı sərgilər, daimi ekspozisiyada nümayiş olunan əsərlərlə tanış ola bilərlər.

Qeyd edək ki, hazırda Heydər Əliyev Mərkəzində belçikalı rəssam Vim Delvuanın fərdi sərgisi, eləcə də "Azərbaycan inciləri: tarixin axarında", "Mini Azərbaycan", "Müasir Türk Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman", "Graking art", "Ceyranlar" sərgiləri, eləcə də daimi ekspozisiyada sərgilənən böyük britaniyalı heykəltəraş Aniş Kapurun "Parobolik bükülmə", yapon rəssam Yayoi Kusamanın "Sabahın çiçəkləyən gülləri", Toni Kreqqin "Nəzər nöqtələri" əsəri nümayiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti