...

Səyyar ASAN xidmət Balakən, Qəbələ, Kürdəmirdə xidmətə başlayıb

Cəmiyyət Materials 1 İyun 2015 13:29 (UTC +04:00)
Səyyar ASAN xidmət iyunun 1-dən 15-dək Balakən, Qəbələ, Kürdəmir rayonlarında əhaliyə xidmətlər göstərəcək.
Səyyar ASAN xidmət Balakən, Qəbələ, Kürdəmirdə xidmətə başlayıb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

Səyyar ASAN xidmət iyunun 1-dən 15-dək Balakən, Qəbələ, Kürdəmir rayonlarında əhaliyə xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Balakən, Zaqatala, Qax rayonlarının sakinləri Balakəndə, Qəbələ, İsmayıllı rayonlarının sakinləri Qəbələdə, Kürdəmir, Hacıqabul rayonlarının sakinləri isə Kürdəmirdə Səyyar ASAN xidmətdən yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti