Azərbaycan Xalça Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş şəkildə qeyd olundu.
Hər il bu tarixi xüsusi qeyd edən muzey bu il də uşaqların sevincinə əlavə rəng qataraq, "Rəngli dünyam" adlı tədbir keçirtdi.
Tədbirin açılışı muzeyin önündə (Milli Park ərazisində) oldu. Burada uşaqlar musiqi sədaları altında kətan üzərində rəngli təbaşirlərlə müxtəlif rəsmlər çəkərək əyləndilər.
Tədbirin bədii hissəsində muzeyin "Uşaq Muzeyi" şöbəsinin teatr dərnək üzvlərinin ifasında musiqi nömrələri səsləndirildi.
Daha sonra tədbirdə uşaqların böyük marağına səbəb olan "Naxışlar aləminə səyahət", "Öz xalçanı yarat, "Özün toxu" və "Face-art" proqramları təqdim olundu.
Tədbirdə Bakı şəhərinin müxtəlif məktəbləri o cümlədən 164, 6, 23, 7, 247, 20, 46 saylı orta məktəbləri, Avropa Liseyi və İdrak Liseyi iştirak edirdi.