...

Gələn il AMEA-da magistratura üzrə plan yerlərinin sayı artırıla bilər

Cəmiyyət Materials 2 İyun 2015 18:31 (UTC +04:00)
Gələn il Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura təhsili üçün ayrılan plan yerlərinin sayı artırıla bilər.
Gələn il AMEA-da magistratura üzrə plan yerlərinin sayı artırıla bilər

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Gələn il Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura təhsili üçün ayrılan plan yerlərinin sayı artırıla bilər.

Trend-in məlumatına görə, bunu AMEA Azad Həmkarlar İttifaqının 2014-cü ildəki fəaliyyətinə həsr olunan tədbirdə çıxış edən Akademiyanın prezidenti, akademik Akif Әlizadə deyib.

O bildirib ki, bu il ilk dəfə olaraq, AMEA sistemindəki institutlara magistraturaya qəbul üçün 7 istiqamət üzrə 20 plan yeri ayrılmışdı.

Akademiya prezidenti qeyd edib ki, gələn il həm bu istiqamətlərin, həm də plan yerlərinin sayı artırıla bilər.

A.Әlizadə builki qəbulun nəticələrinə əsasən, AMEA-da magistraturada təhsil almaq istəyən bakalavrların sayının çox olduğunu, eyni zamanda, elmlə maraqlanan gənclərin sayının artdığını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti