...

Akif Əlizadə zəbt edilmiş AMEA torpaqlarından danışdı

Cəmiyyət Materials 8 İyun 2015 11:09 (UTC +04:00)
“Artıq AMEA-nın zəbt edilmiş torpaqlarından geri qaytarılmayanları qalmayıb.
Akif Əlizadə zəbt edilmiş AMEA torpaqlarından danışdı

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

"Artıq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) zəbt edilmiş torpaqlarından geri qaytarılmayanları qalmayıb. Bütün torpaqların hamısını geri qaytarmışıq".

Bunu Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

Akademiya prezidentinin sözlərinə görə, akademiyanın balansında olan minlərlə hektar torpaq sahələri müxtəlif təşkilatlar tərəfindən zəbt edilmişdi. Bu torpaqlar ölkənin müxtəlif ərazilərində - Xızı, Kürdəmir, Şamaxı, Quba və digər rayonlarda olub.

Akademiya prezidentinin sözlərinə görə, AMEA-nın geri qaytarılmış torpaqları bundan sonra müxtəlif istiqamətlər üzrə istifadə ediləcək.

A.Əlizadə əminliklə bildirib ki, geri qaytarılmış bu torpaqlar AMEA-ya böyük səmərə gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti