...

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Ən yaxşı rektor” seçilib

Cəmiyyət Materials 9 İyun 2015 11:43 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Ən yaxşı rektor” seçilib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Ən yaxşı rektor” seçilib

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov "Ən yaxşı rektor" seçilib.

BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "Azerbaycan Universitetleri" Facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci tədris ili üçün "Ən yaxşı rektor" müsabiqəsinin qalibi seçilib. Bu barədə sözügedən səhifənin admini Zöhrab Süleyman həmin səhifədə məlumat verib.

Belə ki, universitetlərin reytinq lideri olan BANM-nin rektoru Elmar Qasımov mövsüm ərzində aktivliyinə, tələbələr arasındakı nüfuzuna, rektoru olduğu ali təhsil müəssisəsində tələbələr üçün əsl nümunəvi şərait yaratdığına, rəhbərlik etdiyi Ali Məktəbin media ilə əlaqələrinin daha sıx olmasına və digər universitet tələbələri arasında keçirilən simvolik səsvermədə üstün olmasına (41%) görə bu ada layiq görülüb.

Xatırladaq ki, buna qədər səhifədə keçirilən ilk 2 yarışmada BDU rektoru, akademik Abel Məhərrəmov və ADA Universitetinin rektoru Hafiz Paşayev qalib olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti