...

Kərəm Həsənov Daşkəsəndə vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 12 İyun 2015 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Daşkəsəndə vətəndaş qəbulu keçirəcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 19 iyun 2015-ci il tarixində Daşkəsən şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.

Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Daşkəsən Rayon İcra Hakimiyyətinin əvvəlki inzibati binasında keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:
(02221) 5 52 90, (02226) 5 08 69, (02220) 5 23 75

Məqalədə:
Xəbər lenti

Xəbər lenti