Azərbaycan, Bakı, 24 iyun /Trend/
Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayyəndələri Mərdəkan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum olunmuş uşaqlar üçün 4 saylı Respublika xüsusi internat məktəbindəki uşaqlara baş çəkiblər.
Trend-in məlumatına görə, onlar uşaqların təhsil və yaşayış şəraitləri ilə tanış olublar.
"Açıq əyləncəli futbol məktəbləri" layihəsi çərçivəsində uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə edilib.