...

Gəncədə ekoloji qanunvericiliyin tələblərini pozanlar cərimələniblər

Cəmiyyət Materials 4 İyul 2015 13:41 (UTC +04:00)
Gəncə şəhərində ekoloji qanunvericiliyin tələblərini pozanlar cərimələniblər.
Gəncədə ekoloji qanunvericiliyin tələblərini pozanlar cərimələniblər

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Gəncə şəhərində ekoloji qanunvericiliyin tələblərini pozanlar cərimələniblər.

Trend Kəpəz TV-yə istinadən (Region TV) məlumat verir ki, 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən bu ilin 6 ayı ərzində 38 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Reydlər zamanı ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 38 akt və 3 inzibati protokol tərtib edilib. Bunlar, əsasən, şəhər ərazisində yaşıllıqların məhv edilməsi, təbiətə ziyan vurulması və digər nöqsanlarla bağlıdır.

Cari dövrdə aparılan yoxlamalar zamanı, həmçinin 7 fiziki və 1 vəzifəli şəxsə qarşı inzibati cəza tədbirləri görülüb.

Bu il ərzində İdarə tərəfindən Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 20 839 manat vəsait ödənilib. Bundan başqa, Gəncədə ekoloji tarazlığın qorunması məqsədilə idarə əməkdaşları ümumilikdə 32 təbliğat işi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti