...

Səyyar ASAN xidmət Şamaxı, Şirvan və Qaxda xidmətə başladı

Cəmiyyət Materials 6 İyul 2015 12:40 (UTC +04:00)
Səyyar ASAN xidmət 5 - 19 iyul tarixlərində səyyar avtobuslar vasitəsilə Şamaxı, Şirvan və Qax rayonlarında vətəndaşlara xidmət göstərəcək.
Səyyar ASAN xidmət Şamaxı, Şirvan və Qaxda xidmətə başladı

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İlkin İzzət/

Səyyar ASAN xidmət 5-19 iyul tarixlərində səyyar avtobuslar vasitəsilə Şamaxı, Şirvan və Qax rayonlarında vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

Xatırladaq ki, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti