...

Milli QHT Forumu jurnalistləri təbrik etdi (FOTO)

Cəmiyyət Materials 16 İyul 2015 18:44 (UTC +04:00)
Bu gün Azərbaycan Milli QHT Forumu (MQF) milli mətbuatın 140 illiyinə həsr olunmuş tədbir keçirib.
Milli QHT Forumu jurnalistləri təbrik etdi (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

Bu gün Azərbaycan Milli QHT Forumu (MQF) milli mətbuatın 140 illiyinə həsr olunmuş tədbir keçirib.

Trend xəbər verir ki, tədbirdə MQF ilə mütəmadi çalışan media qurumları fəxri mükafatlarla təltif olunub.

Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni öncə media nümayəndələrini salamlayıb və onları Milli Mətbuat Günü münasibətilə təbrik edib. Daha sonra milli mətbuatın banisi Həsən bəy Zərdabinin fəaliyyətindən danışıb. O bildirib ki, Həsən bəy Zərdabi nəinki milli mətbuatın banisi, həmçinin ilk türkdilli qəzet olan "Əkinçi"nin, eyni zamanda, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi olub. H.Zərdabi, habelə Bakı Gimnaziyasının ilk müsəlman müəllimi və Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı olub.

O, həmçinin vətəndaş cəmiyyətinin inkişafında medianın rolundan danışıb.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədr müavini, eyni zamanda, MQF idarə heyətinin üzvü Umud Rəhimoğlu isə milli mətbuatımızın tarixindən, "Əkinçi" qəzetinin yaranmasından və onun milli şüurmuzun inkişafındakı rolundan bəhs edib. O, həmçinin qeyd edib ki, hazırda senzuranın olmadığı, dövlət tərəfindən hərtərəfli dəstəklənən mediamız inkişaf yolundadır.

Sonda 64 media qurumu, eyni zamanda, 7 ictimai təşkilat fəxri mükafatlarla təltif edilib. Mükafatları MQF-nin prezidenti R.Zeyni, xalq artisti Flora Kərimova, bəstəkar Sevinc Tofiqqızı, MQF idarə heyətinin üzvləri Umud Rəhimoğlu, İradə Əliyeva, Gülnarə Hüseynova və Azər Həsrət təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti