...

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Cəmiyyət Materials 18 İyul 2015 11:10 (UTC +04:00)
Ramazan bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb.
Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

Ramazan bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb.

Trend xəbər verir ki, bu gün müsəlmanlar Müqəddəs Ramazan bayramını qeyd edirlər.

Bu gün Ramazan ayının başa çatması münasibətilə səhər saat 9:00-dan etibarən ölkənin fəaliyyət göstərən bütün məscidlərində bayram namazları qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər.

Təzəpir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Əjdərbəy məscidində isə bayram namazı QMİ sədrinin müavini Hacı Salman Musayevin başçılığı ilə qılınıb.

İnsanlar həmçinin Azərbaycanın ərazi bütövlyünün bərpası, dövlətimizin ən ağrılı yarası olan Dağlı Qarabağ probleminin tezliklə həlli, Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua ediblər.

Möminlər həmçinin Ramazan bayramının vacib əməllərindən olan imkansızlara verilməsi üçün adambaşına fitrə zəkatı (pul, ərzaq və s.) çıxarıblar.

Qeyd edək ki, iyulun 17 və 18-də Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Trend bütün dünyada, o cümlədən Azərbaycanda yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edir, Allahdan tutduqları orucun, qıldığı namazlarının, etdiyi dualarının qəbul olunmasını, Allahı zikr edən hər kəsin günahlarının bağışlanmasını düləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti