...

Gənclər Fondu mətbuatın rolunu yüksək dəyərləndirir

Cəmiyyət Materials 21 İyul 2015 17:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə tədbir keçirib.
Gənclər Fondu mətbuatın rolunu yüksək dəyərləndirir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə tədbir keçirib.

Trend xəbər verir ki, media nümayəndələrini təbrik edən Fondun icraçı direktoru Fərhad Hacıyev jurnlasitlərə gələcək fəaliyyətlərində daha da böyük uğurlara imza atmalarını arzulayıb.

O, kütləvi informasiya vasitələrinin cəmiyyətdə mühüm rol oynadığını qeyd edib. Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən mediaya xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən Fondun icraçı direktorunun fikrincə, hazırda Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.

Mətbuatın 140 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Sərəncamı ilə mükafatlandırılan media nümayəndələri tədbirdə çıxış edərək verilən bu qiymətə görə dövlət başçısına minnətdarlığını bildiriblər.

Sonda Gənclər Fondu ilə sıx əməkdaşlıq etdiyinə görə bir qrup kütləvi informasiya vasitəsini mükafatlandırıb. Mükafata layiq görülənlər arasında Trend İnformasiya Agentliyi də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti