...

"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş"

Cəmiyyət Materials 24 İyul 2015 12:19 (UTC +04:00)
Coxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı bu fenomeni цz həyat tərzinə cevirməyi bacarıb. Multikulturalizm həm də Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi coxdan oz təsdiqini tapıb.
"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş"

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"Multikulturalizmin alternativi yoxdur"

Coxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı bu fenomeni öz həyat tərzinə cevirməyi bacarıb. Multikulturalizm həm də Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi coxdan oz təsdiqini tapıb. Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi dəyərli fikir təkcə olkə mətbuatında deyi, dünyanın xəbər gundəmində də marağa səbəb olub. Prezident İlham Əliyev deyib ki, multikulturalizmin alternativi yoxdur, Azərbaycanda multikulturalizm yaşayır və inkişaf edir.

Otən ilin may ayında Prezident İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılması iə bağlı imzaladığı Sərəncam da bu fikrin əyani subutudur. Mərkəz yarandığı vaxtdan etibarən boyuk layihələr həyata kecirir. BBMM-in əsas nailliyyətlərindən biri Azərbaycan multikulturalizmi fənninin həm olkədə, həm də xaricdə tədrisidir.

Bu ilin yaz semestrindən başlayaraq İtaliya, Rusiya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində, eləcə də olkəmizin 7 ali təhsil muəssisəsində Azərbaycan multikulturalizmi fənni tədris olunub. Fənnin tədrisi zamanı xüsusi fərqlənən tələbələr ucun 21 iyul - 1 avqust tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatcılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş" adlı beynəlxalq yay məktəbi təşkil olunub.

BBMM-in Himayəcilik Şurasının sədri, millətlərarası, multikulturalizm və dini məsələlər uzrə Dovlət muşaviri, akademik Kamal Abdullayevin təşəbbusu ilə reallaşan yay məktəbi xarici universitetlərin tələbələrinin semestr boyu Azərbaycan haqqında əldə etdikləri nəzəri biliklərin olkəmizi əyani şəkildə gorməklə tamamlanması məqsədi daşıyır.

Adıçəkilən xarici olkə universitetlərindən 50, yerli ali təhsil ocaqlarından 20 tələbənin, Almaniya, İsrail, Rusiya və Azərbaycandan olan mutəxəssislərin iştirakı ilə kecirilən yay məktəbi Bakıda start götürüb və hazırda ölkəmizin səfalı guşələrindən olan Nabran Təhsil İstirahət Mərkəzində, eləcə də Quba, Qusar, Xacmaz şəhərlərində davam etdirilir.

"Azərbaycana olan marağı məhəbbətə cevirmək..."

Yay məktəbinin ilk gunlərindən tədbirlərə qatılan mətbuat numayəndəsi olaraq, xarici olkələrdən gəlmiş tələbələrin tədbirlərə aktiv şəkildə, boyuk coşqu və həvəslə qatıldığının şahidi oldum. Tələbələrin Azərbaycana olan marağı, ölkəmizə bəslədikləri rəğbət hissi acıq-aydın hiss olunur.

İyulun 22-də yay məktəbinin iştirakcıları Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Multikulturalizmi kafedrasında olublar. Qonaqlar həmcinin BSU-nun muzeyi, tədris-mədəniyyət mərkəzləri, zəngin kitabxanası ilə tanış olmaq imkanı əldə ediblər. Həmin gun BBMM-də beynəlxalq yay məktəbinin rəsmi acılış mərasimi olub. Mərasimdə BBMM-in icracı direktoru, professor Azad Məmmədov, Bilik Fondunun icracı direktoru Oktay Səmədov, BSU-nun rektour Asif Hacıyev qonaqları salamlayaraq, onları ölkəmizdə gorməkdən məmnunluqlarını bildiriblər, yay məktəbinin təşkili, məramı ilə bağlı fikirlərini boluşublər.

Millətlərarası, multikulturalizm və dini məsələlər uzrə Dovlət muşavirliyi xiidmətinin aparıcı məsləhətcisi Anna Bayramovanın moderatorluğu ilə kecən acılış mərasimində yay məktəbinin proqramının mьzakirəsi aparılıb, təklif və qeydlər dinlənilib. Qonaqların şərəfinə verilən ziyafətdən sonra Xəzər sahilində gəzinti təşkil edilib.

İyulun 23-də qonaqlar Fəxri Xiyabanda Umumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarətdən sonra Dovlət muşaviri, akademik Kamal Abdullayev yay məktəbinin iştirakcıları ilə görüşüb. Akademik qeyd edib ki, xarici tələbələrdə Azərbaycana olan marağın məhəbbətə cevriləcəyinə əmindir: "Olkəmizə gələn gənclərin əksəriyyəti bizim onlara təklif etdiyimiz Azərbaycan multikulturalizmi fənnini oz universitetlərində bir semestr boyu oyrənmiş tələbələrdir. Muəllimlərin və universitet rəhbərlərinin dediklərinə gorə, fənnin tədrisi uğurla başa çatıb. Azərbaycan universitetlərindən də yay məktəbinə qatılan tələbələrimiz var. İnanıram ki, bu tələbələrin unsiyyəti gələcəkdə onlara həm təhsildə, həm də karyera qurmaqda yardımçı olacaq. Sizin Azərbaycanı nəzəri şəkildə oyrənməyiniz olkəmizi oz gozlərinizlə gorməyinizlə tamamlanacaq. Bu, məni cox sevindirir. Bu yay məktəbi cərcivəsində hər goruşunuzdə, hər muhazirənizdə, hər bir insanla unsiyyətiniz zamanı Prezidentmizin də qeyd etdiyi kimi multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu görəcəksiniz".

Yay məktəbindən oncə kecirilən hazırlıq iclaslarında K.Abdullayevin bununla bağlı hər bir məsələyə necə diqqətlə, həssaslıqla yanaşması, bütün məqamları detallarınacan müzakirəyə cıxarması, demokratik təkliflərə acıq olmaqla yanaşı, həm də milli təəssubkeşlik hissini unutmadan verdiyi tapşırıq və tövsiyyələr beynəlxalq əhəmiyyətli bu tədbirin uğuruna öncədən zəmanət verirdi. Yay məktəbinin iştirakcıları ilə görüşdə Dövlət müşavirinin maraqlı və dəyərli fikirləri xarici tələbələrin alqışları ilə muşayiət olunurdu.

"Beynəlxalq yay məktəbi intellektual koleydeskop kimi ən muxtəlif modifikasiyalar verə bilər"

Dovlət muşaviri yay məktəbinin iştirakcıları arasında dostluğun bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib: "İnanıram ki, burada yaranan tanışlıqlar bir ömür boyu dostluğa çevriləcək. Azərbaycanlı tələbələrə demək istəyirəm ki, onlar burada ozlərini ev sahibi kimi aparmalıdırlar. Öz həmkarları, tələbə dostları ilə gələcək unsiyyət xətlərini muəyyənləşdirməlidirlər. Bundan təkcə Azərbaycan yox, İtaliya, Litva, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Çexiya və umumiyyətlə, burada iştirak edən butun tələbələr qazanacaqlar, mənəvi-intellektual xeyir goturəcəklər. Beynəlxalq yay məktəbi intellektual koleydeskop kimi ən muxtəlif modifikasiyalar verə bilər. Siz ilk qaranquşlarsınız. Gələcəkdə biz artıq yay məktəblərini sizin arzularınıza uyğun şəkildə qurmağa çalışacağıq".

Goruşdən sonra beynəlxalq yay məktəbinin iştirakcıları Nabran Təhsil İstirahət Mərkəzinə yola duşublər.

Avqustun 1-dək kecirilməsi nəzərdə tutulan yay məktəbinin maraqlı və zəngin proqramı var. Burada tələbələr "Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm", "Azərbaycanda torədilmiş soyqırım cinayətləri, Qarabağ müharibəsi", "Avropada multikulturalizm siyasətinin problemləri" movzusunda diskussiya və dəyirmi masalarada iştirak etmək, "Alman və Azərbaycan multikulturalizminin təhlili", "Azərbaycanda dini icmalar və din siyasəti", "Azərbaycanda gənclər siyasəti və idman", "Muqayisəli multikulturalizm", "Qafqaz Albaniyasının tarixi" mövzusunda yerli və xarici mutəxəssislərin muhazirələrini dinləmək, Quba, Qusar, Xacmaz və Qırmızı Qəsəbədə yerli gənclərlə tanış olub dostlaşmaq imkanı əldə edəcəklər.

Proqramda tədrislə yanaşı, coxsaylı əyləncələr-müxtəlif növlər üzrə idman yarışları, "Öz xalqını təqdim et", "Milli mahnılar" axşamı, mahnı və rəqs musabiqələri nəzərdə tutulub. Musabiqələrdə fərqlənənləri mukafatlar gozləyir. Sonda iştirakcı tələbələrə sertifikat və hədiyyələr təqdim olunacaq.

Deyilənlərə, yazılanlara və gorunənlərə sozardı: Dovlət muşaviri Kamal Abdullayevin yay məktəbinin iştirakcıları ilə görüşdə səsləndirdiyi dəyərli fikirlər içərisində bir cümlə diqqət çəkdi: "Azərbaycan Prezidenti, dovləti, xalqı və cəmiyyəti həmişə calışır ki, ölkəmizin dostları ilə əlaqələri bir az da mohkəmlənsin".

Dunyanın bir neçə aparıcı ölkəsinin nufuzlu universitetlərindən gəlib beynəlxalq yay məktəbində iştirak edən muəllim və tələbə kontingentinin simasında gələcəkdə Azərbaycanın çoxsaylı lobbisi, dostu və tərəfdaşı yaranacaq. Butun bunlar butovlukdə Azərbaycan multikulturalizminin və bunu aparıcı siyasətinə cevirən dovlətimizin uğuru və nailiyyətidir.

Sevinc MURVƏTQIZI

Məqalədə:
Xəbər lenti

Xəbər lenti