...

Türkiyədəki son hərbi əməliyyatlar Azərbaycan turistlərinin bu ölkəyə getməsinə problem yarada bilərmi?

Cəmiyyət Materials 25 İyul 2015 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) apardığı son əməliyyatlar Azərbaycandan Türkiyəyə turistlərin getməsi üçün heç bir problem yaratmayıb. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

AzTA sədrinin sözlərinə görə, Azərbaycan turistləri yay aylarında daha çox Antalyaya, Bodruma, eləcə də İstanbula səfərlər edirlər: "Hazırda həmin bölgələrdə turistlərin təhlükəsizliyi üçün heç bir problem yoxdur. Türkiyə Azərbaycan turistləri üçün həmişə prioritet ölkə olub. Bu, indi də belədir. Əgər kimsə bu gün turizm şirkətlərinin xəttilə Türkiyəyə turist kimi getmək istəyirsə, bunda heç bir problem yoxdur və narahatlığa da əsas yoxdur".

Qeyd edək ki, Türkiyə HHQ iyulun 25-də səhər saatlarında İraqın şimalında Kürd Fəhlə Partiyasının (PKK) düşərgəsinə aviazərbələr endirib. "Türk Hava Yolları" aviaşirkəti İraqın şimalındakı hərbi əməliyyatlar səbəbindən Türkiyənin cənub-şərq vilayətlərinə iyulun 25-i və 26-na planlaşdırılmış bir sıra reysləri ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti