...

Torpaq münasibətlərinin tənzimlənməsi üzrə forumlar keçirilib

Cəmiyyət Materials 31 İyul 2015 15:23 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Lənkəran və Cəlilabadda torpaq münasibətlərinin tənzimlənməsində vahid idarəçilik və torpaq bazarının təşkilinə dair növbəti regional işgüzar forumlar keçirilib.
Torpaq münasibətlərinin tənzimlənməsi üzrə forumlar keçirilib

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Lənkəran və Cəlilabadda torpaq münasibətlərinin tənzimlənməsində vahid idarəçilik və torpaq bazarının təşkilinə dair növbəti regional işgüzar forumlar keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbir yerli icra hakimiyyətləri və bələdiyyələrin iştirakı ilə keçirilib. Forum Lənkəran şəhəri, Lerik və Astara, habelə Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonlarını əhatə edib.

Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, tədbirin əhatə etdiyi rayonların İcra hakimiyyətlərinin rəhbərliyi, bələdiyyə sədrləri və üzvləri, ictimai təşkilatlar və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsi təsdiq edilməsi ilə bağlı imzalanan Fərmana əsasən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar müəyyən edilib. Belə ki, artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə start verilib. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyinin və şəffaflığın kifayət qədər artması deməkdir.

Komitənin yeni funksiyalarının icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası vacibdir. Belə forumların keçirilməsi isə koordinasiya işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır. Torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər keçirilir. Respublikada torpaqlardan təyinatı üzrə istifadəsi, əsassız istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması, habelə onların mühafizəsinə nəzarətlə bağlı artıq torpaq müfəttişləri monitorinq və reydlər keçirirlər. Belə tədbirlər Bakı şəhəri və respublikanın digər regionlarında mütəmadi qaydada aparılır və aşkar edilmiş qanun pozuntularına qarşı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirirlər. Pozuntularla əlaqədar torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq edilir.

Eyni zamanda, mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir. Artıq bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Bu sistem ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.

Forum torpaqların dövlət idarəetməsi və torpaq bazarının təşkili ilə bağlı çıxış və təqdimatlarla davam edib. Vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsi və idarəçiliyində innovativ üsulların tətbiqi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir yanaşmalar və yeni mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti