...

Bakıda yağış və şimşək

Cəmiyyət Materials 21 Avqust 2015 12:55 (UTC +04:00)
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 24-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.
Bakıda yağış və şimşək

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 22-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 24-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 22-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti