...

Bu il 1000 nəfərdən artıq əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb

Cəmiyyət Materials 7 Sentyabr 2015 11:02 (UTC +04:00)
Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000 nəfərdən artıq əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb.
Bu il 1000 nəfərdən artıq əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 1000 nəfərdən artıq əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb.

ƏƏSMN tərəfindən daha 43 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yola salınma zamanı onlar sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, maddi və mənəvi tələbatlarının ödənilməsinə göstərilən yüksək diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

ƏƏSMN-nin "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyasına yönələn digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də nəzərdə tutulub. Bu sahədə aparılan məqsədyönlü işlər nəticəsində cari ilin yaz-yay mövsümündə ƏƏSMN tərəfindən artıq 1007 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.

İstirahət günlərində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları təşkil olunur. Onların qeyd olunan mərkəzlərə aparılması və qaytarılması, eləcə də gəzinti turlarının təşkili xüsusi nəqliyyat vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti