...

Bakıda bəzi avtobuslar xətdən kənarlaşdırılır

Cəmiyyət Materials 13 Sentyabr 2015 16:55 (UTC +04:00)
14 sentyabr tarixindən “BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar olaraq mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunmuşdur.
Bakıda bəzi avtobuslar xətdən kənarlaşdırılır

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

14 sentyabr tarixindən "BakuBus" MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar olaraq mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunmuşdur.

Yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov m/s - Təbriz küç. - Azadlıq pr. - 28 may m/s - Puşkin küç. - Azadlıq pr. - Zərifə Əliyeva küç. - Ə.Yaqubov küç. - 20-ci sahə olacaqdır. Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı maşrut avtobusları xətdən kənarlaşdırılacaqdır.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, "BakuBus" MMC-yə məxsus 5 saylı maşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərmişdir. Sabahdan etibarən isə 20-dən artıq avtobus movcud marşrut xətti ilə fəaliyyət göstərəcəkdir.

Yeni tədris ilinin başlanması ilə əlaqdar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı maşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətlərii saxlanılmışdır.

Hərəkət isiqaməti Avtovağzal - 20 yanvar m/s - Badamdar qəs. - Səbail meydanı - 20-ci sahə olan əvvəlki 5 saylı maşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunmuşdur. Yəni əvvəlki 5 saylı marşrut sabahdan etibarən 53 saylı maşrut adı iə sərnişinlərə xidmət göstərəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti