Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/
Təəssüflər olsun ki, bəzi qeyri-hökumət təşkilatları Azərbaycan qanunlarına hörmətlə yanaşmır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
Baş prokurorun sözlərinə görə, bəzi QHT-lər rəsmi olaraq qeydiyyatdan keçmir, aldığı pullar barədə dövlət qurumlarına məlumat vermirlər.
Z.Qaralov bildirib ki, xarici KİV orqanlarında çalışan jurnalistlər müvafiq müqavilələr bağlamır: "Bəzi QHT-lərin aldığı qrant vəsaitləri verilən məlumatda göstəriləndən qat-qat yüksək olur. Ona görə də mənim bütün QHT-lərə və jurnalistlərə müraciətim ondan ibarətdir ki, Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar. Mövcud qanunvericiliyin tələblərini pozmasınlar. Əgər onlar havadarları vasitəsilə korrupsiya sxemlərinə davam edəcəklərsə, sözsüz ki, qanun qarşısında cavab verəcəklər".