...

Bakıda "Özünü və ətrafı iki təkərlə kəşf et" adlı veloyürüş keçiriləcək

Cəmiyyət Materials 7 Oktyabr 2015 15:33 (UTC +04:00)
Hotellər və Restoranlar Assosiasiyasının, "CycleMania" velo hərəkatın və "Baku Guide" bələdçisinin təşəbbüsü ilə 11 oktyabr 2015-ci il tarixində Bakı şəhərində “Özünü və ətrafı iki təkərlə kəşf et” / “Get to know yourself and world on two wheels” adlı veloyürüş keçiriləcək.
Bakıda "Özünü və ətrafı iki təkərlə kəşf et" adlı veloyürüş keçiriləcək

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Hotellər və Restoranlar Assosiasiyasının, "CycleMania" velo hərəkatın və "Baku Guide" bələdçisinin təşəbbüsü ilə 11 oktyabr 2015-ci il tarixində Bakı şəhərində "Özünü və ətrafı iki təkərlə kəşf et" / "Get to know yourself and world on two wheels" adlı veloyürüş keçiriləcək.

Trend-in məlumatına görə, təşkilatçılar bu layihəni ölkədə velo mədəniyyətin təbliği və dəstəyi məqsədilə hazırlayıblar. Xüsusilə də layihə veloturizmin bir sağlam həyat tərzi və insanların asudə vaxtının səmərəli keçirilməsi vasitəsi olaraq, bununla tarixi-memarlıq abidələrinin və digər turistik məkanların öyrənilməsində vacibliyinin və səmərəliyinin təbliğini əhatə edir. Eyni zamanda biz velosipedçilər üçün şəhər infrastrukturunun təkmilləşməsini dəstəkləyirik.

Velosiped ekoloji cəhətdən təmiz və alternativ nəqliyyat vasitəsi olaraq avtomobillər üçün qadağa olmuş məkanlara daxil olmaq imkanı yaradır, bununla velo turistlərə turistik məkanları doyunca gəzməyə şərait yaradır. Eyni zamanda veloturizmin yayılması qısa müddət ərzində daha çox turistik məkanları, tarixi-memarlıq abidələrini gəzməyə imkan yaradır.

Layihəyə qoşulan və bizi dəstəkləyən bütün iştirakçılara təklif edirik ki, velo turistləri həvəsləndirərək onlar üçün xüsusi imkanlar yaratsınlar. Bunlar sırasında velo turistlər üçün müxtəlif endirimlərin təklif edilməsi, velosipedlərin icarəsi və yaxud əlavə xidmətlərə daxil edilməsi, velosipedlər üçün dayanacaqların və xırda texniki dəstək imkanlarının yaradılmasıdır.

Təyin edilmiş veloyürüş irimiqyaslı layihənin başlanğıcıdır. Hotellər və Restoranlar Assosiasiyası, "Baku Guide" bələdçisi, "CycleMania" hərəkatı bir sıra digər təşkilatlarla birgə ölkə üzrə yeni marşrutlar, dayanacaq yerləri, mədəniyyət və turizm məkanlarını işləyib hazırlayırlar. Eyni zamanda şəhərlərdə və magistral yollar boyunca velo turistlər üçün infrastrukturun yaradılması və təkmilləşdirilməsi istiqamətində müxtəlif dövlət və özəl sektor təşkilatlarına müraciətlər edərək bu işin tezliklə həllinə çalışırlar.

11 oktyabr 2015-ci il tarixində keçiriləcək veloyürüşdə iştirak etməyə hamını dəvət edirik.

Marşrut Bakı şəhərində Dövlət Bayrağı Meydanında başlayaraq şəhərin bir sıra görkəmli məkanlarından, o cümlədən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən keçəcək. Start saat 08:30-da (Dövlət Bayrağı Meydanı), finiş isə saat 11:00-da (Boulevard Hotel/Yeni Bulvar) olacaq.

Marşrutun sonuncu nöqtəsi "Boulevard Hotel"-də (Yeni Bulvar/Ağ şəhər) KİV nümayəndələri və bütün maraqlı şəxslər üçün mətbuat konfransı keçiriləcək. Bütün KİV nümayəndələrini iştirak etməyə dəvət edirik və xahiş ediri,k 012 4347877 / 050 2550001 telefonlarına zəng edərək və yaxud [email protected] elektron poçt vasitəsilə iştiraklarını təsdiqləsinlər. Mətbuat konfransı maraqlı açıqlamalarla, müzakirələrlə və kofe fasilələrlə müşahidə ediləcək.

Veloyürüşün partnyorları: Azərbaycan Velosiped İdmanı Federasiyası, İntourist Hotel Baku, Boulevard Hotel Baku

İnformasiya dəstəyi: Trend, Milli.az, Day.az, Today.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti