...

Qış mövsümü ilə əlaqədar 659 texnika saz vəziyyətə gətirilib

Cəmiyyət Materials 15 Oktyabr 2015 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elmir Murad/

Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərində xidmət məqsədi ilə 382 ədəd, respublika yollarında 659 ədəd yol texnikası, maşın və mexanizmlər saz vəziyyətə gətirilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyyatı toplanır.

Qeyd edək ki, bu işlər 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq aparılır.

Sözügedən işlər çərçivəsində qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib.

Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də davam etdirilir. Bunun üçün yaxın günlərdə 1500 ton texniki duzun alınması ilə bağlı müqavilə də imzalanıb.

Payız-qış mövsümünə hazırlıq və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolsevis" ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti