...

Oktyabrın 25-də Azərbaycanda yay vaxtı ləğv ediləcək

Cəmiyyət Materials 18 Oktyabr 2015 12:46 (UTC +04:00)
2015-ci il oktyabrın 25-da saat 5:00-da respublika ərazisində saatlar bir saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
Oktyabrın 25-də Azərbaycanda yay vaxtı ləğv ediləcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

2015-ci il oktyabrın 25-da saat 5:00-da respublika ərazisində saatlar bir saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti