...

Sabah hava yağmursuz olacaq

Cəmiyyət Materials 19 Oktyabr 2015 12:59 (UTC +04:00)
Sabah Bakıda hava yağmursuz olacaq.
Sabah hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Sabah Bakıda hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-14, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti