Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Şamaxı rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək oktyabrın 30-dan oktyabrın 23-nə keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Şamaxı rayonu Heydər Əliyev Mərkəzində bu rayonun və Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Şamaxı, Qobustan, İsmayıllı rayonları üzrə (020) 285-12-58, Ağsu və Göyçay rayonları üzrə (020) 255-23-45 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.