...

Bakı-Sumqayıt yolunda yeni çatlar yaranıb

Cəmiyyət Materials 22 Oktyabr 2015 12:11 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda (Sumqayıtdan Bakıya gələn istiqamətdə) yeni çatlar yaranıb.
Bakı-Sumqayıt yolunda yeni çatlar yaranıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı-Sumqayıt yolunda (Sumqayıtdan Bakıya gələn istiqamətdə) yeni çatlar yaranıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

Ə.Piriyevin sözlərinə görə, yeni çatlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sürüşmə, çökmə baş vermiş ərazisinin qarşısındakı yolun ortasında yaranıb. Çatlar kompleksin qarşısında sürüşmə, çökmə baş verdikdən sonra yaranıb.

Nazirlik rəsmisi yağıntılar çoxalacağı və müəyyən tədbirlər görülməyəcəyi təqdirdə bu çatların artmasını da mümkün sayıb: "Yolun ortasındakı çatlar kompleksin qarşısındakı ərazidə sürüşmə, çökmə proseslərinin davamı kimi genişlənib. Çatlar avtovağzala paralel şəkildədir, yolu köndələn kəsmir. Ona görə də həmin çatlar genişlənərək Bakıdan Sumqayıta gedən istiqamətə keçməyə də bilər".

Ə.Piriyevin sözlərinə görə, kompleksin çökmə baş verən hissəsində istinad divarının bir hissəsində uçma yaranıb. Hazırda həmin ərazidə bərkitmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti