...

Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hotel və turizm fəaliyyətlərinə lisenziyanın verilməsi dayandırılıb

Cəmiyyət Materials 26 Oktyabr 2015 10:09 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.
Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hotel və turizm fəaliyyətlərinə lisenziyanın verilməsi dayandırılıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Fərmanı"nın icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılmışdır.

Fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə təşkil ediləcəkdir.

Fərman Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti