Təhsildə inqilabi dəyişikliyə necə nail olaq?

Təhsildə inqilabi dəyişikliyə necə nail olaq?

Fikrət Yusifov

"Ekonomiks" Beynəlxalq İqitsadi Araşdırmalar Birliyinin sədri,
iqtisad elmləri doktoru, professor

Təhsilin keyfiyyəti mövzusu bütün zamanlarda aktual olub. Tarix boyu bütün ağıllı insanlar öz övladlarına daha bilikli, bacarıqlı müəllimlərin təhsil verməsinə can atıblar və bu, indi də belədir. Yəni təhsilə qoyulan kapitalın dünyada ən səmərəli kapital olduğu indi müəyyən edilməyib.

Dövlətimiz bu gün cəmiyyətin hər bir üzvünə yüksək təhsil verilməsi yolunda qətiyyətli addımlar atır. Bu gün təhsildə aparılan çox ciddi islahatlar bunun belə olduğunu deməyə əsas verir. Prezidentin 2013-cü il 24 oktyabr tarixdə imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ölkəmizdə təhsilin beynəlxalq standartlara uyğun yenidən qurulmasının strateji istiqamətlərini müəyyən etdi.

Bu strategiyada təhsilin qarşısında milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünya görüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq başlıca vəzifə kimi müəyyən edilib. Dövlətin təhsil infrastrukturunun genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində atdığı addımlar da hər kəsə məlumdur.

Azərbaycan dünyanın az ölkələrindəndir ki, burada son 11 il ərzində 3 mindən artıq məktəb tikilib və təmir olunaraq şagirdlərin ixtiyarına verilib. Onlardan 34 məktəb və 26 uşaq bağçası təkcə bu ilin son doqquz ayı ərzində ərsəyə gətirilib. Görülən işlər heç şübhəsiz ki, dövlətin və bilavasitə Prezident İlham Əliyevin təhsilə ayırdığı diqqətin nəticəsidir. Ortada danılmaz bir həqiqət var və bunu cənab Prezident də öz çıxışlarında vurğulayıb: "Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı".

Təhsil sahəsi "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin də əsas araşıdırma obyektidir. Çalışırıq ki, bu sahədəki yenilikləri və çatışmazlıqları nəzərdən qaçırmayaq. Hər halda təhsil məhz o sahədir ki, ölkənin istisnasız olaraq bütün sahələrinin gələcəyini müəyyən edir. Təhsilinin səviyyəsi yüksək olmayan ölkələrdə hansısa sahənin inkişaf etdirilməsi mümkün deyil. İnkişafı təmin edən əsas amillərdən biri məhz savadlı kadr potensialıdır ki, bunun da formalaşması bilavasitə təhsilin səviyyəsindən asılıdır.

Araşdırmalarımız göstərir ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq artıq iki ilə yaxındır ki, Təhsil Nazirliyi tərəfindən ciddi islahatlara start verilib. Nazirlik tərəfindən aparılan bu islahatların əsas hədəfi kimi isə təhsil ocaqlarında beynəlxalq standartların tətbiq olunması görünür. Hərəkətlilik göz önündədir, Təhsl Nazirliyinin rəhbərliyinin iradəsi və yenilik axtarışları aydın nəzərə çarpır. Lakin bir məsələ nəzərə alınmalıdır ki, təhsildə inqilabi dəyişikliklərə gətirib çıxaracaq islahatların qısa zaman kəsiyində nəticə verməsi real deyil. Ciddi keyfiyyət dəyişikliklərinə köklənmiş belə islahatlar intensiv şəkildə aparılarsa belə, yüksək nəticələrə gəlib çatmaq üçün mütləq zamana ehtiyac var. Bu səbəbdən bir vətəndaş, bir valideyn kimi heç kəs düşünməsin ki, bu gün təhsildə islahatlar ləng gedir.

Müşahidələrimizə əsaslanıb deyə bilərik ki, Təhsil Nazirliyi bu islahatları sistemli, mərhələli şəkildə aparır. Əsas olan odur ki, bu islahatlara start verilib və müəyyən bir zamandan sonra Azərbaycan cəmiyyəti ölkənin təhsil sistemində çox ciddi keyfiyyət dəyişikliklərinin baş verdiyini görəcək.

Tərəddüdsüz deyə bilərik ki, təhsilin keyfiyyəti müəllimin bilik və peşə hazırlığının səviyyəsindən asılıdır. Bu bir aksiomdur. İllər bundan öncə tibbi təhsil alan tələbələrin bilik səviyyələrini səciyyələndirən bir müəllif, öz yazısında belə bir fikrə yer vermişdi: "Bu gün üç qiymətə oxuyan tələbə gələcəkdə xəstəni də üç qiymətə müalicə edəcək". Çox doğru bir deyimdir deyilmi? Bu deyimi çətinlik çəkmədən bilik səviyyəsi üç qiymətə layiq olan müəllimlər haqqında da deyə bilərik: "Biliyi üç qiymətə layiq olan müəllimin dərs dediyi şagird də o qiymətdən yuxarı təhsil sahibi ola bilməz".

Kimlərsə bizim bu fikirlərimizi müəllimlərin ünvanına ağır ittiham kimi qiymətləndirməsin. Həqiqətən də bu islahatlar göstərdi ki, təhsil sistemimizdə bilik səviyyəsi və peşə hazırlığı aşağı olan müəllimlər də yox deyil. Araşdırmalarımız zamanı rast gəldiyimiz bir fakta diqqətinizi yönəltmək istərdik. Bakı şəhərində bilik və bacarığın diaqnostik yolla müəyyən edilməsinə start veriləndə şəhər üzrə minə yaxın müəllim belə sınaqdan keçməkdən müxtəlif bəhanələrlə imtina edərək müəllimliklə vidalaşmaq qərarı verdi. Bilirsiniz, bu nə deməkdir? Bu o deməkdir ki, imtina edənlər diaqnostik qiymətləndirmənin ələyindən keçmək şanslarının az olduğunu yaxşı biliblər.

Deməli, illərdir bilik səviyyəsi aşağı olan, öz üzərində işləyib bilik və peşə hazırlığını yüksəltməyə cəhd etməyən müəllimlər artıq bizim övladlarımıza üç qiymətə layiq təhsil verə bilməyəcəklər. Bu baxımdan, övladına layiqli təhsil vermək istəyən hər bir valideyn islahat tərəfdarıdır. Ona görə də hesab edirik ki, təhsildə əsl inqilabi dönüşü müəllimin bilik və peşə hazırlığının səviyyəsini müəyyən edən diaqnostik qiymətləndirmənin keçirilməsi yolu ilə əldə etmək mümkündür və nə yaxşı ki, bu sistem tətbiq olunmağa başlayıb.

Artıq Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30 000 nəfər müəllimin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması Prezidentin 16 yanvar 2015-ci il tarixli "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamına əsasən 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Nəticədə müəllimlərin orta hesabla əməkhaqqı 35 faiz artıaraq, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. 2015-ci ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan 30 000 müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bu sınaqlardan keçə biləcək müəllimlərin də 2016-cı ilin yanvar ayından etibarən əmək haqlarının artırlması planlaşdırılır. Bununla da ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əmək haqqında əhəmiyyətli artım təmin olunacaq.

Odur ki, gəlin tələsməyək. Təhsil sahəsində köklü islahatlar artıq başlayıb və ən əsası bu sahənin inkişaf etdirilməsinə yönəlmiş xüsusi dövlət proqramı sistemli bir şəkildə həyata keçirilir. Heç kəs şübhə etməsin ki, yaxın gələcəkdə Azərbaycanın təhsil sahəsindəki nailiyyətləri də bütün digər sahələr kimi başqa ölkələrə nümunə göstəriləcək. Bunun üçün dövlətin ciddi dəstəyi, Təhsil Nazirliyinin rəhbərliyinin isə möhkəm iradəsi var.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak edirlər (VİDEOYAYIM)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Bütün xəbərlər